Bank Of Baku

Prezident Obama İran hökumətini nümayişləri dağıtdığına görə tənqid edib

Prezident Obama İran hökumətini nümayişləri dağıtdığına görə tənqid edib
# 16 fevral 2011 01:31 (UTC +04:00)
Bakı-APA. Prezident Obama İran hökumətini dinc nümayişçilərə hücum etdiyinə görə tənqid edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, mətbuat konfransında çıxış edən Obama deyib ki, İranda insanların öz fikirlərini ifadə edib, şikayətlərini çatdıra bilmək və daha məsuliyyətli hökumət istəmək imkanı olmalıdır. ABŞ prezidenti İran xalqının öz fikirlərini ifadə etməkdən bundan sonra da çəkinməyəcəyinə ümid etdiyini bildirib. Misirdə hadisələrin düzgün istiqamətdə inkişaf etdiyini deyən prezident Obama Yaxın Şərq ölkələrinin hökumətlərini dinc nümayişlərə dinc reaksiya verməyə çağırıb. O deyib ki, İranın Misirdə baş verənləri alqışlamasından sonra ölkənin özündə etiraz edən nümayişçilərini dağıtması istehza doğurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR