Bank Of Baku

Çin BMT TŞ-nin İsrailə dair qətnaməsindən narazıdır

Çin BMT TŞ-nin İsrailə dair qətnaməsindən narazıdır
# 19 fevral 2011 03:57 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Fələstin ərazilərində yəhudi yaşayış məskənlərinin tikintisini pisləyən qətnaməni qəbul edə bilməməyi təəssüf doğurur. Bu barədə Çinin BMT yanındakı daimi nümayəndəsi Li Baodun bəyan edib.

Müvafiq qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının iclasının gündəliyinə bir qrup ərəb dövləti tərəfindən salınsa da, ABŞ nümayəndə heyətinin qoyduğu vetoya görə qəbul edilməyib.

«Çin qətiyyətlə İsrailin Fələstinin işğal olunmuş ərazilərində, o cümlədən İordan çayının qərb sahili və Şərqi Qüdsdə yaşayış məskənləri ayırıcı divar tikməsinə», deyən diplomat həmçinin Pekinin «Fələstin xalqının qanuni tələblərini dəstəklədiyini» bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR