Bank Of Baku

ABŞ, Britaniya və Almaniya Qəddafi rejiminin hərəkətlərinin əleyhinə çıxıb

ABŞ, Britaniya və Almaniya Qəddafi rejiminin hərəkətlərinin əleyhinə çıxıb
# 22 fevral 2011 21:11 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Ev-in mətbuat katibi Cey Karney bildirib.

"Biz bu şok edici zorakılıq nəticəsində Liviyada həlak olanların ailələrinə başsağlığı veririk” - Karney deyib. Biz bu ölkənin hakimiyyətini dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edilməsini dayandırmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmasına çağırırıq". O deyib ki, bir qədər sonra ABŞ Dövlət katibi Hillari Klinton bu barədə öz mövqeyini bildirəcək.
Eyni vaxtda Birləşmiş Krallığının Xarici İşlər Naziri Uilliam Heyq bildirib ki, Britaniya əlindən gələn hər şeyi edəcək ki, “Liviya hökuməti ölkədə kütləvi aksiyaların yatırmaq yolunda hərəkətlərinə görə məsuliyyətə cəlb olunsun”.

"Liviya hökuməti çalışır ki dünya bu ölkədə baş verənləri görməsin. Biz onların (Liviya hökumətin) hərəkətlərinə görə cavab verməyinə əlimizdən gələni edəcəyik”, Britaniya xarici işlər naziri bildirib.
Bu arada Almaniya kansleri Angela Merkel bildirib ki, Liviya hökuməti dinc nümayişlərə qarşı zorakılığı dayandırmadığı halda Almaniya bu ölkəyə qarşı sanksiyaları dəstəkləyəcək. Merkel Qəddafinin televiziya ilə müraciətini “çox qorxulu” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR