Bank Of Baku

Liviya paytaxtında Cümə namazından çıxan əhaliyə atəş açılıb, azı 5 nəfər ölüb

Liviya paytaxtında Cümə namazından çıxan əhaliyə atəş açılıb, azı 5 nəfər ölüb
# 25 fevral 2011 15:11 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Cümə xütbəsindən sonra baş verib. Olayın şahidləri ölənlərin olduğunu bildiriblər. “Reuters” azı 5 nəfərin öldüyü haqda xəbər yayıb. Sakinlər deyiblər ki, təkcə etiraz aksiyalarına qatılanlara deyil, küçəyə çıxan hər kəsə atəş açılır.

Qeyd edək ki, Benqazi şəhəri də daxil olmaqla Liviyanın şərq hissəsi müxalifətin əlindədir. Qəddafi isə paytaxt Tripoli və ətrafına nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR