Bank Of Baku

ABŞ Liviyaya qarşı sanksiyalar tətbiq edib

ABŞ Liviyaya qarşı sanksiyalar tətbiq edib
# 26 fevral 2011 00:17 (UTC +04:00)
Bakı-APA. ABŞ birtərəfli qaydada Müəmmər Qəddafi hökumətinə qarşı sanksiya tətbiq edir. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib.

«Biz həm birtərəfli, həm də çoxtərəfli səviyyədə bir sıra addımları həyata keçiririk. Bu Liviya hakimiyyətini öz vətəndaşlarını öldürməkdən çəkindirmək üçün edilir. Biz həmçinin bu istiqamətdə avropalı tərəfdaşlarımızla işləyirik», deyə Karni bildirib.

Daha öncə ABŞ dövlət departamenti Liviyadakı səfirliyin bağlandığını və bütün diplomatların Tripolidən çıxarıldığını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR