Bank Of Baku

Obama və Ərdoğan arasında Liviyaya dair telefon danışığı olub

Obama və Ərdoğan arasında Liviyaya dair telefon danışığı olub
# 26 fevral 2011 00:59 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində dinc əhaliyə qarşı silah tətbiq etdiyinə görə Liviya hökumətini məsuliyyətə cəlb etmək istiqamətində birgə addımları müzakirə edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Obama və Ərdoğan Liviya hökumətinin öz xalqına qarşı zorakılığa əl atması faktını pisləyiblər və belə vəziyyəti dözülməz adlandırıblar.

«Onlar Liviyadakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək və Liviya hökumətini məsuliyyətə cəlb etmək üçün ABŞ və Türkiyənin əlində olan imkanları müzakirə ediblər. Söhbətdə həmçinin Liviya xalqına humanitar yardım göstərilməsinin vacibliyi qeyd olunub», deyə məlumatda vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR