Bank Of Baku

BMT: Kot-d’İvuar vətəndaş müharibəsinin astanasındadır

BMT: Kot-d’İvuar vətəndaş müharibəsinin astanasındadır
# 26 fevral 2011 02:01 (UTC +04:00)
Bakı-APA. BMT Kot-d’İvuarın vətəndaş müharibəsinin astanasında olduğunu bildirir. Təşkilat ölkədə prezident seçkilərinin nəticələri ilə bağlı mübahisə səbəbindən yaranmış zorakılığın Abicandan digər bölgələrə yayıldığını diqqətə çatdırıb.

Dünya ictimaiyyəti noyabr ayında keçirilmiş prezident seçkilərinin qalibi kimi Alassan Uattaranı tanıyıb, lakin hakimiyyətdə olan Loran Qbaqbo məğlubiyyətini etiraf etməkdən boyun qaçırıb.

Uattara tərəfdarları ölkənin qərbindəki Zuan-Unyen şəhərini Qbaqbo tərəfdarlarının əlindən alıblar.

Daha öncə qarşıdurmalar paytaxt Yamusukroda baş verib.

Minlərlə ivuarlı zorakılıqdan qonşu Liberiyaya qaçırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR