Bank Of Baku

Dövlət Departamenti: «ABŞ Liviya ilə diplomatik əlaqələri kəsməyib»

Dövlət Departamenti: «ABŞ Liviya ilə diplomatik əlaqələri kəsməyib»
# 26 fevral 2011 03:18 (UTC +04:00)
Bakı-APA. ABŞ «Liviya ilə diplomatik əlaqələri kəsməyib». Bu barədə dövlət katibinin köməkçisinin müavini Canet Sanderson bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın Tripolidəki səfirliyini bağladığını demək düzgün deyil. «Biz səfirliyin işini müvəqqəti olaraq dayandırmışıq. Liviya rəsmi şəxsləri ilə həm birbaşa, həm də üçüncü ölkələr vasitəsilə əlaqə saxlayacağıq. Vaşinqtondakı Liviya səfirliyi açıqdır. Buradakı Liviya səfirinin statusunun dəyişməsi barədə bizə məlumat verilməyib. Ona görə də ölkələr arasında diplomatik münasibətlər qalır. Liviyadakı vəziyyətlə bağlı narahatlığımızı bildirmək üçün bu ölkənin hökuməti ilə birbaşa əlaqə kanallarımız var», deyə Sanderson əlavə edib.

Onun sözlərinə görə, ABŞ bayrağı əvvəlki kimi Tripolidəki ABŞ səfirliyinin üzərində dalğalanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR