Bank Of Baku

Obama Qəddafiyə qarşı sanksiyaları imzalayıb

Obama Qəddafiyə qarşı sanksiyaları imzalayıb
# 26 fevral 2011 04:53 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Liviya lideri Müəmmər Qəddafiyə, onun ailə üzvləri və hökumətinə qarşı birtərəfli qaydada maliyyə sanksiyalarının tətbiq olunması barədə fərman imzalayıb.

«Mən ABŞ prezidenti Barak Obama hesab edirəm ki, polkovnik Müəmmər Qəddafi, onun hökuməti və ən yaxın silahdaşları silahdan, muzdlu əsgərlərdən və əsassız zorakılıqdan istifadə edərək Liviya xalqına qarşı yolverilməz addımlar atıblar. Mən həmçinin hesab edirəm ki, Qəddafi, onun ailəsinin, hökumətinin üzvləri və ən yaxın silahdaşları Liviyanın dövlət əmlakı qorunmasa, onu ələ keçirə bilərlər», deyə prezidentin əmrində bildirilir.

Fərmana əsasən, Qəddafi, onun hökuməti və dörd qohumunun bütün əmlakı və bank hesabları dondurulur, Liviya hökuməti ilə bütün bank əməliyyatlarına qadağa qoyulur.

«Bundan əlavə, ABŞ dövlət katibi Liviyaya müdafiə sənayesi mallarının idxalına və bu ölkəyə müdafiə sahəsində xidmət göstərməyə icazə verən bütün mövcud lisenziyaları dondurur», deyə Obamanın əmrində vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR