Bank Of Baku

Robert Geyts: Əvvəlcə Liviyanın hava hücumundan müdafiə sistemini məhv etmək lazımdır

Robert Geyts: Əvvəlcə Liviyanın hava hücumundan müdafiə sistemini məhv etmək lazımdır
# 03 mart 2011 04:51 (UTC +04:00)
Bakı-APA. Liviyanın hava məkanını bağlamaq üçün əvvəlcə bu ölkənin hava hücumundan müdafiə sistemini məhv etmək lazımdır. ABŞ Konqresində çıxış edən Pentaqon rəhbəri Robert Geyts bu fikirdədir.

«Gəlin açıq danışaq: uçuşlar üçün qadağan olunmuş zona yaradılması HHM-nin məhvindən başlayır. Ancaq ondan sonra bizim oğlanlar vurulacaqlarından qorxmayaraq bu ölkənin üzərində uça bilərlər», deyə o bildirib.

Geytsin fikrincə, belə bir planın həyata keçirilməsi üçün çoxlu sayda qırıcı lazımdır. «Bir aviadaşıyanla bu məsələni həll etmək olmaz. Bu irimiqyaslı əməliyyat olmalıdır», deyə o əlavə edib.

Xatırladaq ki, bu gecə 2 ABŞ desant gəmisi Süveyş kanalından keçərək Liviya istiqamətinə hərəkət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR