Bank Of Baku

ABŞ Türkmənistana yeni səfirini təyin edəcək

ABŞ Türkmənistana yeni səfirini təyin edəcək
# 04 mart 2011 03:41 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Robert Pattersonu ABŞ-ın Türkmənistandakı yeni səfiri vəzifəsinə təyin etmək niyyətindədir.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Patterson ABŞ-ın Keniyadakı səfirliyinin Somali üzrə müşavir vəzifəsində işləyib.

Əvvəllər Patterson ABŞ-ın Rusiyadakı səfirliyinin siyasi şöbəsinin daxili siyasət bölməsinə rəhbərlik edib. Müxtəlif dövrlərdə ABŞ-ın Macarıstanda, Ukraynada və Ermənistanda səfirliklərinin siyasi şöbələrin rəhbəri olub.

O Nyu-Yorkdakı Kolumbiya Universitetində rus dilini öyrənib. Həyat yoldaşı - Inmi Patterson Hamburqda ABŞ-ın baş konsulu vəzifəsində çalışır.

Pattersonun namizədliyi ABŞ Senat tərəfindən təsdiq olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR