Bank Of Baku

İllinoys ştatında ölüm hökmü ləğv olunub

İllinoys ştatında ölüm hökmü ləğv olunub
# 10 mart 2011 09:22 (UTC +04:00)
Bakı-APA. İllinoys ştatında ölüm hökmü ləğv edilib. APA-nın məlumatına görə, bununla bağlı müvafiq qərarı dünən ştat qubernatoru Pet Kuinn imzalayıb. Bununla da ştat ərazisində edama məhkum edilmiş 15 nəfərin cəzası ömürlük həbs cəzası ilə əvəzlənib. Xatırladaq ki, ölüm hökmünün ləğvi barədə qərar İllinoys Senatı tərəfindən bu ilin yanvarında qəbul olunub. İllinoys ölüm hökmünü ləğv edən 16-cı Amerika ştatıdır. Bundan başqa Kolumbiya federal dairəsində də ölüm hökmü tətbiq olunmur. ABŞ-ın 35 ştatında isə ölüm hökmü hələ də qüvvədə qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR