Bank Of Baku

Robert Geyts:NATO tərəfindən atılacaq hər bir hərbi addım lazımı ehtiyac və regional dəstəyə əsaslanmalıdır

Robert Geyts:NATO tərəfindən atılacaq hər bir hərbi addım lazımı ehtiyac və regional dəstəyə əsaslanmalıdır
# 11 mart 2011 00:35 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın müdafiə naziri Robert Geyts deyib ki, NATO tərəfindən atılacaq hər bir hərbi addım lazımı ehtiyac və regional dəstəyə əsaslanmalıdır.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Büssüldə NATO-nun müdafiə nazirlərinin toplantısında danışan nazir NATO gəmilərinin Aralıq dənizinin Liviyaya yaxın bölgələrinə yerləşdirəcəyini bildirib. Bunun məqsədi silah embarqosuna nəzarət və mümkün humanitar əməliyyatlara yardımdır. ABŞ dövlət katibi Hillari Klinton isə deyib ki, Amerika və digər ölkələrin hərbi ölçülərinə beynəlxalq ictimaiyyətin təsdiqi ilə əl atılmalıdır. Konqresdə danışan Klinton Amerikanın təktərəfli ölçülərinin gözlənilməz nəticələr verə biləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR