Bank Of Baku

ABŞ Dövlət Departamentinin mətbuat katibi Filipp Krouli istefa verib

ABŞ Dövlət Departamentinin mətbuat katibi Filipp Krouli istefa verib
# 14 mart 2011 08:44 (UTC +04:00)
APA-nın məlumatına görə, o, Pentaqonu materialları “Wikileaks”-ə ötürən keçmiş hərbçi Bredli Meninqlə bağlı mövqeyinə görə tənqid etdikdən sonra bu addımı atıb.

Dövlət katibi Hillari Klinton F. Kroulinin istefası barədə xəbəri təəssüflə qarşılayıb. O bildirib ki, F. Krouli ölkəsinə əla xidmət edib, onun siyasətinə və diplomatiyasına sadiq olub.

Qeyd edək ki, F. Krouli keçmiş hərbçi B. Meninqin saxlanma şəraiti barədə açıqlamanı Massaçusets Texnologiya İnstitutunda verib. “Mən özüm 26 il hərbi-hava qüvvələrində xidmət etmişəm. Meninqenə münasibətdə baş verənlər axmaqlıq və əks-effektlilikdən başqa bir şey deyil”, - deyə F. Krouli vurğulayıb. F. Krouli onu da əlavə edib ki, B. Meninqem haqqında dedikləri onun şəxsi mövqeyi olub.

Xatırladaq ki, keçmiş hərbçi B. Meninq məxfi diplomatik və hərbi materialları “Wikileaks”-ə ötürməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 34 maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR