Bank Of Baku

Barak Obama Qəzzafini hərbi əməliyyatlarla hədələyib

Barak Obama Qəzzafini hərbi əməliyyatlarla hədələyib
# 18 mart 2011 23:48 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Müəmmər Qəzzafi BMT TŞ-nın qətnaməsinin tələblərini yerinə yetirməsə, Birləşmiş Ştatların bu rejimə qarşı hərbi əməliyyatlara başlayacağını bildirib.

«Bu tələblər danışıq predmeti deyil. Əgər Qəzzafi onlara tabe olmasa, qətnamə hərbi əməliyyatlarla həyata keçiriləcək», deyə ABŞ prezidenti xüsusi bəyanatında vurğulayıb.

«Atəşkəs dərhal konkret əməllərdə özünü göstərməlidir... Qəzzafi rejimi zorakılığa son qoymalı, Benqaziyə hücumu dayandırmalıdır...», deyə ABŞ lideri bildirib.

O müdafiə naziri Robert Geytsə vəziyyətin xoşagəlməz ssenariylə inkişafına hazır olmağı tapşırdığı barədə məlumat verib.

«Eyni zamanda mən bildirmək istəyirəm ki, ABŞ Liviyaya quru qoşunları yeritməyəcək və Liviya xalqını zorakılıqdan qorumaq məqsədindən kənara çıxmayacaq», deyə Obama qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR