Bank Of Baku

BMT: «Liviyada hərbi əməliyyatlar bu gün başlaya bilər»

BMT: «Liviyada hərbi əməliyyatlar bu gün başlaya bilər»
# 19 mart 2011 02:51 (UTC +04:00)
Bakı-APA. Qərb ölkələri Liviyada hərbi əməliyyata şənbə günü Parisdə keçiriləcək və Liviya böhranına həsr olunacaq beynəlxalq görüşdən sonra başlaya bilərlər. Bu barədə BBC-yə müsahibəsində Fransanın BMT-dəki nümayəndəsi Jerar Aro bəyan edib.

«Şənbə günü biz Parisdə sammit keçirəcəyik. Sammitdə əməliyyatlarda və diplomatik səylərdə iştirak edəcək əsas ölkələr iştirak edəcəklər. Məncə, bu son işarə üçün yaxşı məqam olacaq», deyə Fransanın nümayəndəsi bildirib.

«Bu o deməkdir ki, biz - ABŞ, Böyük Britaniya və Fransa atəşin kəsilməsinə dair ultimatumla çıxış etmişik, biz şərt qoymuşuq. Ona görə də hesab edirəm ki, bu görüşdən sonra bir neçə saat ərzində hərbi əməliyyatın həyata keçirilməsinə başlayacağıq», deyə Aro əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR