Bank Of Baku

ABŞ-ın sabiq dövlət katibi vəfat edib

ABŞ-ın sabiq dövlət katibi vəfat edib
# 19 mart 2011 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ-ın keçmiş dövlət katibi Uorren Kristofer 85 yaşında vəfat edib.

APA-nın məlumatına görə, U.Kristofer 1977-1981-ci illərdə Cim Karterin prezidentlik dövründə dövlət katibinin müavini, 1993-1997-ci illərdə ABŞ-ın dövlət katibi postunu tutub. Uğurlu diplomat kimi dəyərləndirilən U.Kristofer Bosniyadakı müharibəyə son qoyan 1995-ci il Deyton sülh sazişinin imzalanmasının müəllifi kimi tanınır. O həmçinin, 1981-ci ildə İranda girov götürülmüş ABŞ diplomatlarının azad olunmasında da fəal iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR