Bank Of Baku

Ağ Ev: «ABŞ Liviyada müharibə aparmır»

Ağ Ev: «ABŞ Liviyada müharibə aparmır»
# 24 mart 2011 02:48 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar Liviyada müharibə aparmırlar, onlar yalnız BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq bu ölkə üzərində uçuşun qadağan olunduğu zona yaratmağa yardım göstərirlər. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ben Rods bəyan edib.

«Bizim Liviyadakı hərbi əməliyyatda iştirakımızın mahiyyəti ondadır ki, biz vaxt baxımından qeyri-məhdud olan müharibəyə qoşulmuruq və ölkəyə quru qoşunları yeritmirik», deyə Rods bildirib. Rodsun sözlərinə görə ABŞ yalnız uçuş üçün qadağan olunmuş zonanın yaranmasına şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR