Bank Of Baku

Kanada parlamenti hökumətə etimadsızlıq göstərib

Kanada parlamenti hökumətə etimadsızlıq göstərib
# 25 mart 2011 23:52 (UTC +04:00)
Bakı-APA. Kanada parlamentinin aşağı palatası hakim Mühafizəkar partiyaya etimadsızlıq göstərib. Mayın əvvəlində bu ölkədə növbədənkənar seçkilər keçiriləcək.

Müxalifətçi Liberal partiyanın təklif etdiyi etimadsızlıq haqda qərarı 156 parlamentari dəstəkləyib. 145 nəfər qərarın əleyhinə çıxıb.

Parlamentdə 143 yer mühafizəkarlara, 77 yer isə liberallara məxsusdur.

Kanadanın nazirlər kabinetinə 2006-cı ildən mühafizəkar Stiven Harper başçılıq edir. Ondan əvvəl 10 ildən çox müddətə ölkəni liberallar idarə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR