Bank Of Baku

Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb

Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb
# 27 mart 2011 00:39 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, həftəlik radio müraciəti zamanı prezident deyib ki, Liviyanın havadan müdafiə cəhdləri baş tutmur. Obamanın müraciəti ABŞ və onun müttəfiqlərinin Liviyanın qeyri-üçüş zonasında mülki vətəndaşların müdafiəsi əməliyyatlarına başlamasının birinci həftəsinə təsadüf edir. ABŞ dövlət başçısı deyib ki, təkcə Amerika deyil, daha altı dövlətin iştirakı ilə beynəlxalq ictimaiyyət sülh və sabitliyi bərqərar edə bilər. Barak Obama Washington Post-da Amerika və onun müttəfiqlərinin Liviya müxalifətini silahla təmin edəcəyinə dair məlumata münasibət bildirməyib. Bazar ertəsi ABŞ dövlət başçısının Ağ Evdə Liviya münaqişəsinə dair çıxışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR