Bank Of Baku

Amerika Belarusun “Belarusneft” şirkətinə sanksiyalar tətbiq edib

Amerika Belarusun   “Belarusneft” şirkətinə sanksiyalar tətbiq edib
# 30 mart 2011 01:15 (UTC +04:00)
Bakı-APA. Amerika İranın neft sektoruna sərmayə qoyduğu üçün Belarusun
“Belarusneft“ şirkətinə sanksiyalar tətbiq edib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, dövlətə məxsus şirkətə qarşı ölçülər Amerikanın İranla biznes quranlara qarşı qanununa əsasən götürülüb. Sanksiyalar nüvə proqramına görə İrana təzyiq mahiyyəti daşıyır. ABŞ Dövlət Departamenti
“Belarusneftin” 2007-ci ildə İranın neft sektoruna 500 milyon dollar məbləğində sərmayə qoyduğunu bildirir. 1996-ci ildə qəbul və ötən ilə dəyişikliklər edilən İrana qarşı sanksiyalar aktına əsasən 20 milyondan artıq investisiya qoyan şirkətlər sanksiyalara məruz qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR