Bank Of Baku

ABŞ hökuməti Liviya ilə bağlı qapalı iclas keçirəcək

ABŞ hökuməti  Liviya ilə bağlı qapalı iclas keçirəcək
# 30 mart 2011 04:37 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın hərbi və diplomatik rəhbərliyi Liviyadakı vəziyyətlə bağlı Konqres üzvləri qarşısında çıxış edəcəklər.
APA-nın verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Hillari Klinton, Müdafiə naziri Robert Geyts, birləşmiş hərbi qərargah rəisi Maykl Müllen və milli kəşfiyyat rəhbəri Ceyms Klapper Konqres üzvlərinə Liviyadakı vəziyyət barədə xəbər verəcəklər. Konqresdə görüş martın 30-na planlaşdırılıb və qapalı şəraitində keçiriləcək.
Konqres üzvləri dəfələrlə Obama administrasiyasının ABŞ-ın koalisiya əməliyyatlarına qoşulmasının məqsəd və səbəblərini izah etməyi tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR