Bank Of Baku

BMT TŞ Kot-d’İvuardakı vəziyyətlə bağlı qətnamə qəbul edib

BMT TŞ Kot-d’İvuardakı vəziyyətlə bağlı qətnamə qəbul edib
# 31 mart 2011 01:57 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurası Kot-d’İvuarın seçkiləri uduzsa da hakimiyyətdən getməyən prezidenti Loran Qbaqboya qarşı qətnamə qəbul edib.

Ötən ilin sonlarında Loran Qbaqbo prezident seçkilərində müxalifətçi Alassan Uattaraya məğlub olsa da hakimiyyətdən getməyib. BMT Uattaranın Kot-d’İvuar prezidenti kimi legitimliyini tanıyıb. Mart ayından Qbaqbonun ordusu rəqiblərinə qarşı ağır silahlardan istifadə etməyə başlayıb. Bəzi məlumatlara görə, qarşıdurmada artıq 460 nəfərdən çox insan həlak olub.

Fransa və Nigeriyanın hazırladıqları qətnamə Qabaqbonu Uattaranın prezidentliyinin qanuniliyini qəbul etməyə çağırır. Qbaqbonun, onun arvadının və yaxın ətrafının xaricə getməsi qadağan edilir.

Qətnamə Qbaqbo qoşunlarının hərəkətlərini bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR