Bank Of Baku

Ağ Ev: «Liviya üsyançılarına silah verilməsi barədə qərar qəbul edilməyib»

Ağ Ev: «Liviya üsyançılarına silah verilməsi barədə qərar qəbul edilməyib»
# 31 mart 2011 04:55 (UTC +04:00)
Bakı-APA. ABŞ administrasiyası Liviya müxalifətinə silah ötürülməsi barədə qərar qəbul etməyib. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni məlumat verib.

«Liviya müxalifətinə və yaxud oradakı hər hansı qrupa silah verilməsi barədə heç bir qərar qəbul edilməyib. Biz bu imkanı istisna etmirik və demirik ki, ondan istifadə etməyəcəyik. Biz Liviya xalqına göstərə biləcəyimiz bütün yardım variantlarını qiymətləndiririk və nəzərdən keçiririk. Biz bu məsələlər barədə birbaşa müxalifətlə və bizim beynəlxalq tərəfdaşlarımızla məsləhətləşmələr aparırıq», deyə Ağ Evin rəsmi nümayəndəsinin bəyanatında bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR