Bank Of Baku

ABŞ atom elektrik stansiyalarında təhlükəsizlik sistemlərini nəzərdən keçirir

ABŞ atom elektrik stansiyalarında təhlükəsizlik sistemlərini  nəzərdən keçirir
# 01 aprel 2011 02:52 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Nüvə Nəzarəti İdarəsinin rəsmiləri təhlükəsizlik sistemləri baxımından üç atom elektrik stansiyasını yaxından izləyir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Nüvə Nəzarəti Komissiyasının rəhbəri Qreqori Yatsko Konqresdə qanunvericilərə deyib ki, agentlik əvvəllər müşahidə edilmiş problemlərə görə bu üç atom elektrik stansiyasından narahatdır. O, stansiyaların adlarını çəkməyib, lakin agentliyin nümayəndəsi bunların Cənubi Karolina, Nebraska və Kanzas ştatlarında mövcud stansiyalar olduğunu bildirib. Rəsmilər bu AES-lərin hazırda normal fəaliyyət göstərdiyini bildirir. Yaponiya nüvə böhranından sonra ABŞ rəsmiləri atom elektrik stansiyalarının fəaliyyətini indi yenidən nəzərdən keçirir. Birləşmiş Ştatlarda 104 nüvə reaktoru var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR