Bank Of Baku

Argentina məhkəməsi qondarma “erməni soyqırımı” barədə qərar qəbul edib

Argentina məhkəməsi qondarma “erməni soyqırımı” barədə qərar qəbul edib
# 02 aprel 2011 18:49 (UTC +04:00)
APA-nın CNNTUR-ə istinadən verdiyi xəbərə görə, 10 il əvvəl birinci dünya müharibəsi zamanı Anadoludan Argentinaya köçən bir erməninin nəvəsi Luisa Hayrabedyan Türkiyə əleyhinə məhkəmə iddiası açmışdır. İddia ilə bağlı məhkəmənin qəbul etdiyi qərarda 1915 il hadisələri “soyqırım” kimi xarakterizə edilib.

Məhkəmə qərarında deyilir ki, “Türk dövləti 1915-1923 illər arasında bir milyon yarım erməni vətəndaşlarını sistemli şəkildə məhv edərək soyqırım cinayəti törədib".

Məhkəmə qərarı müasir Türkiyəyə qarşı heç bir iddia əks etmir. Lakin Argentina məhkəməsinin verdiyi bu qərar erməni təşkilatlarının beynəlxalq forumlarda və məhkəmələrdə dəlil olaraq gətirməsinə yol açır. Hər hansı bir cinayət sanksiyası olmayan qərar başqa buna bənzər iddialar açmağa şərait yaradır.
Gözlənilir ki ermənilərin qondarma “soyqırım” iddiaları ilə bağlı Argentina məhkəməsinin qərarı Türkiyənin sərt reaksiyasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR