Bank Of Baku

Ağ Ev: Müəmmər Qəddafi Barak Obamaya bir neçə məktub yazıb

Ağ Ev: Müəmmər Qəddafi Barak Obamaya bir neçə məktub yazıb
# 06 aprel 2011 22:50 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Liviya lideri Müəmmər Qəddafinin məzmunu bu ölkədə hərbi əməliyyatı dayandırmaq çağırışı olan məktubunu alıb. Bu barədə məlumatı Ağ Evin mətbuat katibi Cey Karni təsdiq edib. Onun sözlərinə görə, bu Liviya liderinin Obamaya yazdığı birinci məktub deyil.

Karni bildirib ki, hərbi əməliyyatın dayandırılması üçün «sözlər yox, iş lazımdır».

«İşlərlə sözlər düz gəlmir», deyə o vurğulayıb. Karni xatırladıb ki, əməliyyatın dayandırılmasının şərtləri zorakılığa son qoyulması və Qəddafi qoşunlarının şəhərləri və tutduqları mövqeləri tərk etməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR