Bank Of Baku

Meksikada daha bir kütləvi məzarlıq aşkarlanıb

Meksikada daha bir kütləvi məzarlıq aşkarlanıb
# 07 aprel 2011 07:22 (UTC +04:00)
Meksika-APA. Meksikanın şimalında yerləşən Tamaulipas ştatında kütləvi məzarlıq aşkarlanıb. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları məzarlıqdan 40-dan artıq cəsəd qalığı çıxarılıb. Məzarlığın yerləşdiyi ərazi ötən ilin yayında narkotik alverçilərinin 72 mühaciri qətlə yetirdiyi yerin yaxınlığındadır. Ötən il Tamaulipasda 58 kişi və 14 qadının meyiti aşkarlanıb. Əksəriyyəti Salvador və Honduras sakinləri olan mühacirlər Meksikadan keçməklə ABŞ-a getmək istəyiblər. Narkotik alverçiləri mühacirlərə hücum edərək onlardan pul tələb ediblər. Pul ödəməkdən imtina edən 72 mühacir vəhşiliklə qətlə yetirilib. Kütləvi qətli Zatas narkokartelinin üzvlərinin törətdiyi güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR