Bank Of Baku

Barak Obama büdcə kəsirinin ixtisarına dair planını açıqlayıb

Barak Obama büdcə kəsirinin ixtisarına dair planını açıqlayıb
# 13 aprel 2011 23:19 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama büdcə kəsirinin ixtisarına dair planını açıqlayıb. Corc Vaşinqton universitetində çıxış edən Barak Obama gələn 12 il ərzində ölkənin böyük həcmli kəsirin 4 trillion azaldılacağına söz verib. Ağ Ev 14 trillion dollarlıq defisitin iqtisadi dirçəliş və artıma əsas maneə kimi qiymətləndirir.

Obama yaşlılar, yoxsullar və təqaüddə olan amerikalıların imtiyaz proqramlarının ixtisarı və islahatı barədə də danışıb. ABŞ dövlət başçısı 250 mindən artıq gəliri olanların vergi ixtisarları məsələsinə də toxunub.

Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beyner respublikaçılar və demokratların fikir ayrılıqlarını aradan qaldırmağa çalışdığını desə də, vergilərin artırılması planının müzakirə mövzusu olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR