Bank Of Baku

BMT Liviyada hərbi humanitar əməliyyatın əleyhinə çıxış edib

BMT Liviyada hərbi humanitar əməliyyatın əleyhinə çıxış edib
# 15 aprel 2011 20:10 (UTC +04:00)
Bakı-APA. BMT Liviyaya silahlı qüvvələrin köməyilə humanitar yardım edilməsinin əleyhinə çıxıb. Bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin mətbuat katibi Elizabet Birs bəyan edib.

«Hərbi qüvvədən istifadə olunması son həddir və ondan istifadə etməmişdən əvvəl biz bütün digər imkanlardan istifadə etməliyik», deyə o əlavə edib. Birsin fikrincə, «indi buna ehtiyac yoxdur».

Birs bildirib ki, humanitar yardım «neytral və qərəzsiz» olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR