Bank Of Baku

Milyarder Donald Tramp ABŞ prezidentliyi uğrunda mübarizədə rəqiblərini qabaqlayır

Milyarder Donald Tramp ABŞ prezidentliyi uğrunda mübarizədə rəqiblərini qabaqlayır
# 16 aprel 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Milyarder Donald Tramp ABŞ prezidentliyi uğrunda mübarizədə digər respublikaçı namizədləri qabaqlayır. Public Policy xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, əgər bu gün respublikaçılar öz prezidentliyə namizədlərini seçsəydilər, tikinti maqnatı Tramp səslərin 26%-ni qazanardı.

Siyahıda sonrakı yerləri Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabi (17%), Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni və Nümayəndələr palatasının keçmiş spikeri Nyut Qinqriç (11%) tuturlar. Siyahının aşağı hissəsində Alyaskanın keçmiş qubernatoru Sara Peylin (8%), konqresmenlər Ron Pol (5%), Mişel Beçman (4%) və Minnesotanın keçmiş qubernatoru Tim Paulenti (4%) qərar tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR