Bank Of Baku

Meksikada 145 nəfərin qətlində şübhəli bilinən cinayətkar saxlanılıb

Meksikada 145 nəfərin qətlində şübhəli bilinən cinayətkar saxlanılıb
# 17 aprel 2011 04:31 (UTC +04:00)
Bakı-APA. Meksikada dinc əhalinin kütləvi qətlində təqsirləndirilən quldur həbs olunub.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbər görə, hərbi-dəniz donanması naziri Saynes Mariano bildirib ki, cinayətkar dairələrdə “El Kilo” ləqəbi ilə tanınan Ömər Estrada həbs olunub.
İstintaq qrupunun üzvlərinin sözlərinə görə, Estrada Tamaulipas ştatında fəaliyyət göstərən "Los Setas" qruplaşmasının başçısıdır. Son iki həftə ərzində onlar tərəfindən qətlə yetirilmiş 145 cəsəd aşkar edilib. Estrada ilə bərabər qruplaşmanın beş digər üzvü həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR