Bank Of Baku

BMT TŞ nüvə terrorçuluğu əleyhinə qətnaməni təsdiqləyib

BMT TŞ nüvə terrorçuluğu əleyhinə qətnaməni təsdiqləyib
# 21 aprel 2011 02:59 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurası yekdilliklə dövlətləri «nüvə terrorçuluğu aktlarının qarşısının alınması üçün birgə səylər göstərməyə çağıran» qətnaməni qəbul edib.

Sənəd 2004-cü ildə BMT TŞ-nın 1540 saylı qətnaməsi əsasında yaradılmış komitənin mandatını 10 il də artırır.

Sözügdən komitə kütləvi qırğın silahının «qara bazara» və terrorçuların əlinə keçməməsinə nəzarəti həyata keçirir. Yeni qəbul olunmuş qətnamədə bildirilir ki, komitə «hər il mayın sonunadək illik iş planını Şuraya təqdim etməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR