Bank Of Baku

Barak Obama Facebook vasitəsilə gənclərin suallarını cavablandırıb

Barak Obama Facebook vasitəsilə gənclərin suallarını cavablandırıb
# 22 aprel 2011 03:34 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama hökumətinin defisitinin azaldılması ilə bağlı fikirlərinə dəstək qazanmaq üçün Facebook sosial şəbəkəsi vasitəsilə gənclərin suallarını cavablardırıb.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prezident Facebook-un Kaliforniya ştatında Palo Alto şəhərindəki baş qərargahında gənclər qarşısında çıxış edib. O həm auditoriyanın, həm də onlayn izləyicilərin suallarını cavablandırıb. Tədbirin aparıcısı isə şirkətin 26 yaşlı milyarder təsisçisi Mark Zukerberq olub. Obamaya ölkənin büdcə defisitinin azaldılması üçün Respublikaçı nümayəndə Pol Rayan tərəfindən gələn təklif barədə sual soruşublar. Barak Obama qarşıdakı 12 il ərzində büdcə kəsirinin 4 trilyon dollara qədər azaldılmasını nəzərdə tutan planının detallarını açıqladı. Onun sözlərinə görə, bu, çətin olsa da, mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR