Bank Of Baku

Venesuela And Millətlər birliyindən çıxıb

Venesuela And Millətlər birliyindən çıxıb
# 23 aprel 2011 03:55 (UTC +04:00)
Bakı-APA. Venesuela rəsmi surətdə And Millətlər birliyindən çıxdığını bəyan edib. Bu barədə bu ölkənin xarici işlər nazirliyi məlumat yayıb.

«Aprelin 22-də Venesuela rəsmi surətdə And Millətlər birliyindən çıxıb, lakin biz Kolumbiya, Peru, Boliviya və Ekvadorla digər qaydalar və prinsiplər əsasında ticarət münasibətlərini davam etdirəcəyik», deyə XİN-in bəyanatında bildirilir.

And Millətlər birliyi (Comunidad Andina de Naciones) 1965-ci ildə Kartaxena sazişinin əsasında Boliviya, Kolumbiya, Peru, Çili (1976-cı ildə təşkilatdan çıxıb) və Ekvador tərəfindən yaradılıb. 1973-cü ildə Venesuela bu təşkilata üzv olub.

Təşkilatın qurulma məqsədi üzv ölkələrin inteqrasiyası və sosial-iqtisadi əməkdaşlığına yardım, həmçinin Latın Amerikasının ümumi bazarının yaradılması olub.

2006-cı ildə Kolumbiya və Peru ABŞ-la azad ticarət haqqında saziş imzaladıqdan sonra Venesuela prezidenti Uqo Çaves ölkəsinin And Millətlər birliyindən çıxacağını bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR