Bank Of Baku

Prezident Obama: Suriyada nümayişçilərə qarşı gücdən istifadə dərhal dayandırmalıdır

Prezident Obama: Suriyada nümayişçilərə qarşı gücdən istifadə dərhal dayandırmalıdır
# 23 aprel 2011 23:26 (UTC +04:00)
Bakı-AA. ABŞ prezidenti Barak Obama Suriya hökumətinin nümayişçilərə qarşı "insanı dəhşətə gətirən" şəkildə zorakılıq işlətməsini dərhal dayandırmağa çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Suriyadakı hüquq müdafiəçiləri və fəalların verdikləri məlumatlara görə, cümə günü ölkənin bir neçə şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçiləri atəşə tutması nəticəsində azı 75 nəfər həlak olub. Suriyada mart ayında aksiyaların başlamasından sonra ölənlərin sayı artmaqda davam edir.


Ölkə boyu yürüşlər və nümayişlərdə prezident Bəşar Əl-Əsədin dərhal istefası tələb edilib. Son hadisələr hökumətinin 50 illik fövqəladə vəziyyət barədə qanunun ləğvi qərarından bir gün sonraya təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR