Bank Of Baku

ABŞ prezidenti enerji müstəqilliyinin əhəmiyyətini vurğulayıb

ABŞ prezidenti enerji müstəqilliyinin əhəmiyyətini vurğulayıb
# 24 aprel 2011 02:26 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama həftəlik müraciətində Birləşmiş Ştatların enerji baxımından müstəqilliyinə nail olmaq yollarından danışıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, o deyib ki, neft və qaz şirkətlərinə 4 milyard dollar məbləğində subsidiyaları dayandırmaq və təmiz, yenilənən enerji mənbələrinə investisiya qoymağın vaxtıdır. ABŞ prezidentinin sözlərinə görə, yenilənən enerji mənbələrinə vəsait qoyuluşları yanacaq qiymətlərinin artması ilə mübarizənin ən yaxşı yoludur. O, Konqresin defisiti azaltmaq məqsədilə təmiz enerjiyə investisiyaların 70 faiz azaldılması haqda təklifi ilə razı olmadığını bildirib. Respublikaçıların həftəlik müraciətində senator Mayk Cohannas deyib ki, Obama administrasiyasının siyasəti yeni iş yerlərinin açıldığı başlıca sahə olan kiçik biznes şirkətlərinə zərər vurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR