Bank Of Baku

ABŞ Dövlət Departamenti vətəndaşlarını sayıqlığa çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını sayıqlığa çağırıb
# 27 aprel 2011 02:43 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamenti terror təhlükəsi səbəbi ilə Özbəkistandakı Amerika vətəndaşlarını sayıqlığa çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbər görə, departamentin bəyanatında deyilir ki, hökumət terrorçu qruplaşmaların ABŞ-ın Özbəkistandakı maraqlarına qarşı hücumlar planlaşdırdığına dair məlumatlar əldə edib. Bu qruplaşmalar arasında Özbəkistanın İslam Hərəkatı, Əl-Qaidə, İslam Cihad Birliyi və Şərqi Türküstanın İslam Hərəkatının adı çəkilir. Amerika əleyhinə olan bu qruplar ABŞ-ın Daşkənddəki səfirliyinə hücum edib. Onlar sui-qəsdlər, girov götürmələr və kamikadze hücumlarının arxasında durur. Amerika vətəndaşlarına Əfqanıstan, Tacikistan və Qırğızıstan sərhəd bölgələrindən uzaq durmaq tövsiyə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR