Bank Of Baku

Obama Liviya üsyançılarına $25 milyon qeyri-hərbi yardım etmək barədə qərar verib

Obama Liviya üsyançılarına $25 milyon qeyri-hərbi yardım etmək barədə qərar verib
# 27 aprel 2011 04:15 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama xüsusi memorandumla Liviya lideri Müəmmar Qəddafi rejiminə qarşı müharibə aparan Liviya müxalifətinə 25 milyon dollar dəyərində qeyri-hərbi yardım göstərməyi Dövlət Departamentinə və Pentaqona həvalə edib.

“Bu qeyri-hərbi yardım mallar və xidmətlər şəklində mülki əhalinin qorunmasına çalışan (Benqazi şəhərində üsyançılar tərəfindən təşkil olunan) Milli Şuraya veriləcək”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə memorandumda deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR