Bank Of Baku

Senator Con Makkeyn Liviyada hərbi əməliyyatlara rəhbərliyin NATO-dan alınaraq ABŞ-a verilməsini təklif edib

Senator Con Makkeyn Liviyada hərbi əməliyyatlara rəhbərliyin NATO-dan alınaraq ABŞ-a verilməsini təklif edib
# 27 aprel 2011 13:22 (UTC +04:00)
Bakı-APA. “Liviyada müharibənin gedişini dəyişmək üçün yeganə çıxış yolu əməliyyatlara komandanlığın NATO-dan ABŞ-a verilməsidir”. APA-nın məlumatına görə, bu bəyanatla respublikaçı senator Con Makkeyn çıxış edib. O bildirib ki, əməliyyatda NATO-ya 28 üzv ölkədən yalnız 6-sı iştirak edir və bu ölkələr uzun müddət atəş gücünü təmin etməyə qadir deyillər: “Yalnız ABŞ havadan atəş dəstəyini təmin edə biləcək “AC-130” hava maşınlarına və “A-10” hücum təyyarələrinə malikdir. ABŞ aviasiyasının tam gücündən istifadə etməklə Qəddafi rejiminin süqutunu yaxınlaşdırmaq olar. Yalnız “Predator” pilotsuz təyyarələrindən istifadə etməklə hərbi əməliyyatların gedişinə həlledici təsir göstərmək mümkün deyil”. Con Makkeyn bildirib ki, Liviya liderinin iqamətgahının bombardman edilməsi BMT qətnaməsinin tələblərindən kənara çıxsa da, buna haqq qazandıran amillər var: “Əgər sizin vəzifəniz humanitar fəlakətin qarşısını almaqdırsa, bunu həyata keçirmək üçün yeganə imkan Qəddafiyə bu böhranı yaratmağa mane olmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR