Bank Of Baku

ABŞ-da şiddətli fırtına 305 nəfərin ölümünə səbəb olub

ABŞ-da şiddətli fırtına 305 nəfərin ölümünə səbəb olub
# 29 aprel 2011 07:38 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyin istinadən verdiyi məlumata görə, ABŞ Milli Meteoroloji Xidməti 137 tornado qeydə alındığını açıqlayıb. Dəyən maddi zərərin məbləği milyardlarla dollardır.

Ölənlərin çoxu Alabama ştatındadır. Burada fırtına 204 nəfərin həyatına son qoyub. Tuskaluza şəhərinə düşən 1,6 kilometr genişliyində burağan ştatın tarixində ən böyük burağan sayılır. Missisipidə 33, Tennesidə 33, Corciyada 14, Virciniyada 5, Kentukkidə 1 nəfərin ölümü rəsmən təsdiqlənib.

ABŞ prezidenti Barak Obama çoxlu sayda insanın ölümündən kədərləndiyini bildirib və Alabama ştatına yardım sözü verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR