Bank Of Baku

Barak Obama Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlərini dəyişib

Barak Obama Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlərini dəyişib
# 29 aprel 2011 07:52 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlərini dəyişib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, MKİ-nin direktoru Leon Panetta müdafiə naziri, NATO-nun Əfqanıstandakı koalisiya qüvvələrinə komandanlıq edən general Devid Petreus isə MKİ-nin rəhbəri təyin olunub.

L. Panettanın yayda indiki nazir Roberts Geyts təqaüdə çıxdıqdan sonra vəzifəsinin icrasına başlayacaq. D. Petreusun isə payızda yeni vəzifəsinin başına keçəcəyi gözlənilir. Koalisiya qüvvələrinin yeni komandanı Corc Allen olacaq.

B. Obama Əfqanıstana yeni səfir də təyin edib. Bu post Rayan Krokerə etibar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR