Bank Of Baku

ABŞ-da baş verən dəhşətli fırtınada ölənlərin sayı 340-a çatıb

ABŞ-da baş verən dəhşətli fırtınada ölənlərin sayı 340-a çatıb
# 30 aprel 2011 09:59 (UTC +04:00)
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, fırtınadan daha çox Alabama ştatı zərər çəkib.

Təbii fəlakət bu ştatda 246 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində insan ölümünə görə ikinci ən güclü tornadodur. 1925-ci ilin martında baş verən dəhşətli fırtına zamanı Missuri, İllinoys və İndiana ştatlarında 747 nəfər həlak olub.

Qeyd edək ki, ABŞ-da tornado aktivliyi aprelin 25-də qeydə alınıb. Bir neçə gün ərzində davam edən güclü qasırğadan Alabama ilə yanaşı, Missisipi, Arkanzas, Missuri və Tenessi ştatları da ziyan çəkib. Təbii fəlakətdən zərər çəkənlərin sayının min nəfərə yaxın olduğu bildirilir. Milyonlarla amerikalı isə “Brauns-Ferri” AES-in müvəqqəti bağlanması səbəbindən elektrik enerjisiz qalıb. Minlərlə ev uçub. Tornadonun vurduğu maddi ziyan isə hələlik hesablanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR