Bank Of Baku

Barak Obama: “Usama bin Laden məhv edilib”

Barak Obama: “Usama bin Laden məhv edilib”
# 02 may 2011 06:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla mayın 1-də axşam ABŞ prezidenti Barak Obama televiziya efirindən çıxış edib.

Prezident bildirib ki, bir nömrəli terrorçunun cəsədi hazırda ABŞ xüsusi xidmət orqanlarının əlindədir.

“Ədalət zəfər çaldı”, - deyə Obama bildirib.

Onun sözlərinə görə, bin Laden 2011-ci il mayın 1-də keçirilən əməliyyat zamanı öldürülüb. Əməliyyatda amerikalıların kiçik bir qrupu iştirak edib və onlardan xəsarət alan olmayıb. ABŞ prezidenti deyib ki, bin Ladenin izinə 2010-cu ilin avqustundan düşmək mümkün olub, onun dəqiq yeri isə ötən həftə müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra bin Ladeni məhv etmək üçün müxtəlif əməliyyatlar keçirirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR