Bank Of Baku

Meksikada şaxtada partlayış baş verib, ölənlər var

Meksikada şaxtada partlayış baş verib, ölənlər var
# 04 may 2011 04:25 (UTC +04:00)
Bakı-APA. Meksikanın şimalında yerləşən kömür şaxtasında metan qazının partlaması və uçqun nəticəsində 3 şaxtaçı ölüb, 11-i yerin altında qalıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, partlayışın baş verdiyi şaxta Meksikanın ABŞ-la sərhəddə yerləşən Koauila ştatındadır. Hadisə yerində xilasedicilər işləyir. Hələlik şaxtaçılarla əlaqə yaratmaq mümkün olmayıb.
Meksikanın bu regionunda 2006-cı ildə baş vermiş partlayışda 65 şaxtaçı həlak olmuşdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR