ABŞ Üsamə bin Ladenin ölümünü bayram edir – EKSKLÜZİV - REPORTAJ - FOTOSESSİYA
Bin Ladenin ölümü ilə bağlı sevinc
Xəbər yayılan kimi insanlar Ağ Evin qarşısında və Nyu Yorkda terror hücumunun baş verdiyi yerdə toplaşmağa başladılar. Onlar şən şüarlar səsləndirərək, Amerikanı, onun hökumətini və ABŞ əsgərlərini tərifləyirdilər.
“Bu, bütün dünya, lakin xüsusilə ABŞ üçün böyük hadisədir. Bu, 11 sentyabrda sevdiklərini itirənlərin intiqamıdır. Amerika bu xəbəri o vaxtdan gözləyirdi. Bin Laden çox pis adam idi, qoy cəhənnəm odunda yansın”. Bu fikirləri Ağ Evin qarşısında toplaşanlara qoşulan 35 yaşlı ali məktəb müəllimi Syuzan Uolker (Suzan Walker) bildirib.
“Bu müsəlmanlar üçün də yaxşıdır, nəhayət insanlar görəcək ki, biz terrorizmin əleyhinəyik, sülhü və dostluğu dəstəkləyirik”. Bu fikirlər isə ABŞ-da yaşayan, əslən Pakistandan olan Buner Siddiqiyə məxsusdur.
Bütün ABŞ qəzetləri bin Ladenlə bağlı xəbəri oxşar başlıqlarla əsas səhifəyə qoyublar – “Usamə bin Laden öldürülüb”, “ABŞ Usaməni öldürüb”. Bir çox qəzetləri isə prezident Barak Obamanın sözünü alt başlığa verib - “Haqq öz yerini tapdı”.
“Biz bin Ladenin öldürülməsini sevinclə və rahatlıqla qarşılayırıq. ABŞ-da yaşayan müsəlmanlar bu səhifənin bağlanmasını istəyir”. Bu fikirlər isə Vaşinqtonun müsəlman icmasının nümayəndəsi Haris Tarimə məxsusdur.
Amerikada yaşayan türklər və azərbaycanlılar da əməliyyatı alqışlayırlar.
“Biz ABŞ-da yaşayan 500 min türk və 300 min türkdilli amerikalıların adından dünyanın azad yaşaması üçün özünü qurban vermiş ABŞ Sİlahlı Qüvvələrinin nümayəndələrinə öz təşəkkürümüzü bildiririk”. Bu fikirlər ABŞ-ın Azərbaycan və Türk icmasının mayın 3-də yaydığı bəyanatda öz əksini tapıb.
Və təhlükəsizliklə bağlı artan narahatlıq
Lakin ilk sevinc dalğası səngiyəndən sonra insanların və rəhbərliyin ölkədə təhlükəsizliklə bağlı vəziyyətdən narahatlığı artıb. ABŞ rəsmilərinin “təhlükəsizlik məsələləri problem yaratmayacaq” deməsinə baxmayaraq, təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndirildiyini görmək mümkündür.
Hudzon İnstitutunun eksperti Sebastyan Qorka qeyd edib ki, terrorçuluğa qarşı mübarizə I və II dünya müharibəsinə bənzəmir, burada kapitulyasiya və ya sülh sazişi mümkün deyil: “Bizim düşmənimiz hökuməti və nizami ordusu olan ölkə deyil. Bəziləri hətta deyirdilər ki, terrorizm məhv edilə, asanlıqla çökdürülə bilməz, lakin son on ildə Amerika “Əl-Qaidə”ni müvəffəqiyyətlə susdura bilib”.
Vaşinqtonda yollardakı bilbordların üzərinə “Şübhəli fəaliyyət barədə məlumat verin” sözləri yazılıb, aeroportlarda isə təhlükəsizlik gücləndirilib. Bu barədə APA-nın Vaşinqton bürosuna milli təhlükəsizlik rəsmisi bildirib.
“Biz vəziyyəti nəzarət altında saxlayırıq, hər xırdalığı nəzərə alırıq” - Dallas Beynəlxalq Aeroportunun təhlükəsizlik xidmətinin nümayəndəsi müxbirimizə belə deyib.
ABŞ Dövlət Departamenti xaricə səfərə gedən vətəndaşlara ehtiyatlı olmağı məsləhət görüb. Milli təhlükəsizlik idarəsinin nümayəndəsi bildirib ki, bu, tamamilə normaldır.
Onun ölümünü necə sübut etmək olar?
Bəziləri Usamə bin Ladenin həqiqətən öldürüldüyünə şübhə edir. Ağ Evin mətbuat katibi Cey Karni (Jay Carney) mayın 3-də əməliyyatın təfərrüatları barədə məlumat yayaraq bildirib ki, bin Ladenin silahı olmayıb, lakin o müqavimət göstərib və öldürülüb, arvadı isə ayağından vurulub. Bin Ladenin arvadının qohumlarının bir çoxu Pakistanda yaşayır.
Bir çoxları sübut kimi Usamə bin Ladenin meyitinin şəklini görmək istəyirlər. Ağ Evdən bildirilib ki, meyit dəhşətli vəziyyətdədir və onun fotosunun yayılması vəziyyəti qızışdıra bilər.
Karni bildirib ki, Ağ Ev fotonu yayıb-yaymamaq barədə düşünür, lakin rəsmilər bundan narahatdırlar.
“Hökümətin fotonun yayılmasını istəməməsini başa düşmək olar, lakin biz, 11 sentyabr hadisəsi zamanı zərərçəkənlər, onun həqiqətən də öldüyünə əmin olmaq istəyirik”. Bu sözləri 11 sentyabr terror aktında həlak olmuş şəxsin qohumu Coan Heninqz (Joanne Henings) bildirib.
“Əl-Qaidə”nin taleyi necə olacaq?
Bu analitiklərin dönə-dönə verdiyi daha bir sualdır.
“Baxmayaraq ki, “Əl-Qaidə” təşkilati cəhətdən zəifləyib, o yaradıcısının ölümündən sonra ideoloji şəkildə mövcud ola bilər. Əslində “Əl-Qaidə”nin əsaslandığı zorakı fanatik islamı bin Laden və ya onun nəslindən olan bir kəs yaratmayıb, bu, hətta 1920-ci ildə yaradılan “Müsəlman Qardaşlar” təşkilatından da əvvələ təsadüf edir” deyə ekspert Sebastyan Qorka bildirib.
“Usamə bin Laden bir də heç vaxt öldürməyəcək,” deyə o əlavə edib.
“Bin Ladenin ölümü “Əl-Qaidə”yə sarsıdıcı zərbədir, bundan sonra “Əl-Qaidə”nin digər liderlərinə də zərbə endirilə bilər. Bunun əhəmiyyətli nailiyyət olmasına baxmayaraq, hələ də görülməli çox iş var. Əvvəlcə ABŞ Əfqanıstandakı işini tamamlamalı və Talibanı məğlub etməkdə israrlı olamlıdır”. Heritage Fondunun (Heritage Foundation) eksperti Liza Körtiz (Liza Curtis) belə deyir.
“Ayman əl-Zavahiri demək olar ki, “Əl-Qaidə”nin yeni lideridir. Son illərdə Zəvahiri “Əl-Qaidə”nin həm şözçüsü, həm də əməliyyat planlayıcısı olub”, - deyə Körtiz vurğualyır. Bruklin İnstitutunun (Brooklings İnstitution) direktoru isə “Əl-Qaidə”nın hələ də İraqda fəaliyyət göstərdiyini və terror aktlarını davam etdirdiyini bildirir.
““Əl-Qaidə”nin və Sələfi terrorizminin İraqda sonrakı fəaliyyətini bin Ladenin irsi, liderliyi və ya daha başqa bir faktor deyil, məhz İraqın daxilində baş verən siyasi proseslər müəyyən edəcək”.
ABŞ-Pakistan münasibətləri zərər görəcəkmi?
Üsamə bin Laden heç də həmişə deyildiyi kimi, yüksək dağlıq ərazilərdə deyil, İslamabadın, daha dəqiq desək Pakistan Hərbi Akademiyasının yaxınlığında Abbatabad adlanan yerdə yaşayırmış:
“Pakistan terrorla mübarizədə həmişə bizim tərəfdaşımız olduğunu bildirib və indi isə onlar bizi inandırmağa çalışırlar ki, beş il bin Ladenin burunlarının altında olmasından xəbərsiz olublar? Çox şübhəlidir”. Corc Vaşinqton Universitetinin (George Washington University) siyasi elmlər fakultəsinin tələbəsi Robert Kellen belə fikirləşir.
ABŞ Konqresinin üzvləri mayın 3-də Konqresdə çıxışları zamanı da eyni narahatlığı dilə gətiriblər. Onlar bildiriblər ki, ABŞ son 10 ildə Pakistana 20 milyard dollar yardım ayırıb və artıq hökumət bu məqsədlə daha 3 milyard dollar ayrılmasını tələb edib.
Hudzon İnstitutunun (Hudson Institution) eksperti Riçard Veyts (Richard Weitz) deyir: “Üsamə bin Ladenin Pakistan paytaxtının yaxınlığında öldürülməsi bir daha Vaşinqton-İslamabad münasibətlərinin şübhəli xarakterinin üzə çıxardı”.
“Bin Ladenin Pakistanın mərkəzində aşkar edilməsi və öldürülməsi qısa vaxtda Vaşinqton-İslamabad münasibətlərini yəqin ki, çətinləşdirəcək. Hər halda ilk mərhələdə etimad azalacaq. Amma bu iki ölkənin kifayət qədər ortaq marağı var və bu, gələcəkdə daha faydalı münasibətlərin qurulmasına əsas ola bilər”.
Azərbaycan üçün nəticələr necə ola bilər?
ABŞ Nümayəndələr Palatasının bu yaxınlarda Çexiya, Azərbaycan, Gürcüstan və Əfqanıstana səfər edən qrupunun üzvü, Luizianalı Konqresmen Sedrik Riçmond (Cedric Richmond) deyir ki, o xəbəri səfərin sonunda eşidib.
O və onunla birlikdə səfərdə olan digər konqresmenlər səfər etdikləri ölkələrin Əfqanıstanda beynəlxalq koalisiyaya töhfəsini yüksək qiymətləndiriblər.
“Ölkəmizə və vətəndaşlarımıza qarşı olan o dəhşətli hücumdan on il sonra, həmin hücumun təşkilatçısı Üsamə bin Laden cəzasını aldı. Bu dünyanın terrorla mübarizəsində tarixi bir andır və bizi daha ədalətli və dinc dünyaya aparır”, deyə Riçmond bildirib.
Bakıya səfər edən konqresmenlərdən digəri Con Ranyan (John Runyan) deyir: “Mən də bilirəm ki, bu, son deyil. Bizim hələ də Amerika həyat tərzinə nifrət edən düşmənlərimiz var və onlar bizi öldürməkdə qərarlıdırlar. Bin Ladenin ölümü terrorla qlobal mübarizədə mühüm hadisədir və bu gün Amerika üçün və bütün dünyada azadlıqsevər insanlar üçün böyük gündür”.
Analitiklərin hamısı qeyd edir ki, Azərbaycan və ABŞ bir çox sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək: “Çünki terrorla mübarizənin hələ çox problemi var və bu iki tərəfdaş ölkə bir birini dəstəkləməkdə davam edəcək”.
Amerika
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
Xəbər Lenti
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir