Bank Of Baku

Obama: Hakimiyyət dəyişikliyindən asılı olmayaraq ABŞ vədlərini yetirə yetirir

Obama:  Hakimiyyət dəyişikliyindən asılı olmayaraq ABŞ vədlərini yetirə yetirir
# 05 may 2011 22:49 (UTC +04:00)
Bakı-APA. «Əl-Kaidə» lideri Üsamə ben Ladenin öldürülməsi ABŞ hakimiyyətinin öz vədlərini yetirə yetirməsinin sübutudur. ABŞ prezidenti Barak Obama bu fikirdədir.

«Bazar günü baş verənlər bütün dünyaya göstərir ki, əgər biz unutmayacağıq deyiriksə, dediyimizi edəcəyik», deyə Obama bildirib.

Obamanın sözlərinə görə, ben Ladenin məhvi onu sübut edir ki, ədalət siyasət və siyasi partiyalar çərçivəsi ilə məhdudlaşmır.

«Hansı administrasiyanın olması və kimin məsuliyyət daşıması vacib deyil. Hər kəs əmin olmalıdır ki, bu dəhşətli aktın günaharları ədalətli cəzalarını alacaqlar», deyə Obama vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR