Bank Of Baku

Obama: «Bin Ladenin ölümü «Əl-Qaidə»ni başsız qoyub»

Obama: «Bin Ladenin ölümü «Əl-Qaidə»ni başsız qoyub»
# 07 may 2011 04:49 (UTC +04:00)
Bakı-APA. Bin Ladeni məhv etməklə, ABŞ «Əl-Qaidə» terror şəbəkəsini başsız qoyub. Bu barədə Kentukki ştatındakı Fort-Kempbell hərbi bazasında hərbçilərlə görüşü zamanı ABŞ prezidenti Barak Obama bəyan edib.

ABŞ hərbçiləri məhz bu bazadan bin Ladeni məhv etməyə yollanıblar.

«Biz artıq «Əl-Qaidə»nin başını kəsmişik» deyə Obama bildirib.

Hərbçilər qarşısında çıxış etməzdən əvvəl Ağ Evin rəhbəri bin Ladenin məhv edilməsi əməliyyatında iştirak etmiş xüsusi təyinatlılar və pilotlarla görüşüb. Görüş qapalı rejimdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR