Bank Of Baku

Obama əl-Qayda liderinin öldürülməsində iştirak etmiş xüsusi təyinatlı dəstə ilə görüşüb

Obama əl-Qayda liderinin öldürülməsində iştirak etmiş xüsusi təyinatlı dəstə ilə görüşüb
# 07 may 2011 19:34 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama əl-Qayda liderinin öldürülməsində bilavasitə iştirak etmiş xüsusi təyinatlı dəstə ilə görüşüb və “ölkə tarixində ən böyük hərbi əməliyyatlardan birini” keçirdiklərinə görə onlara təşəkkürünü bildirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə Obama deyib ki, xüsusi təyinatlı dəstə missiya üçün yorulmadan məşq ediblər. Və əmr veriləndə onlar artıq hazır idilər.

Kentukki ştatındakı hərbi bazada çıxış edərkən Barak Obama bildirib ki, hərbçilər ölkə tarixində ən "böyük hərbi əməliyyatın" iştirakçıları adlandırılmağa layiqdirlər.

O, Bin Ladenin öldürülməsində iştirak etmiş dəniz piyadaları ilə görüşdən dərhal sonra xalqa müraciət edərək əl-Qaydanın gələcəyi haqqında dəyərləndirməsində qəti olub.

”Biz onları başsız qoyduq və onlar üzərində qəti qələbəyə nail olacağıq”.

Bu arada, əl-Qayda ilk dəfə Üsəma Bin Ladenin öldürüldüyünü təsdiq edən bəyanat yayıb. Öz növbəsində Əfqanıstanda mənzilləsən radikal Təliban hərəkatı bəyan edib ki, Bin Ladenin öldürülməsi “müqəddəs müharibə aparmağa yeni həvəs verir".

Bin Laden, Pakistanın Abbotabad şəhərinin yaxınlığındakı villasına hücumun gedişində, xüsusi əməliyyat vaxtı öldürülüb.

Mərkəzi Kəşfiyyat İdarəsinin bəyanatına görə, onlar Əl-Qayda başçısının sığınacağını bir neçə ay ərzində müşahidə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR