Bank Of Baku

Üsama bin Ladenin oğlu ABŞ hökumətini beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib

Üsama bin Ladenin oğlu ABŞ hökumətini beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib
# 11 may 2011 08:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla bin Ladenin oğulları çıxış edib.

“Nyu-York Times”də bəyəanatla çıxı şedən Ömər bin Laden ABŞ hökumətinə atasının nə üçün həbs edilmədiyi və məhkəmə qarşısına çıxarılmadığı ilə bağlı sual ünvanlayıb: “Atam məhkəməyə çıxarılmalı idi ki, dünya xalqları həqiqəti bilsinlər. İraqın eks-prezidenti Səddam Hüseyn və Yuqoslaviyanın eks-prezidenti Slobodan Miloşeviçin cinayətləri məhkəmə prosesində sübuta yetirilib. Atamın öldürülməsi təkcə beynəlxalq hüquq normalarının pozulması deyil, həm də təqsirsizlik prezumpsiyasının pozulması, insanı ədalətli mühakimə hüququndan məhrum etməkdir”.

Qeyd edək ki, Üsamə bin Ladenin dördüncü oğlu olan Ömər atasının baxışlarını bölüşmür və dəfələrlə “Əl-Qaida” üzvlərini dinc əhalini terror qurbanına çevirməməyə çağırıb.

ABŞ rəsmiləri hələlik bu ittihamları cavablandırmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR